Bakıda tələbənin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil – Səhiyyə Nazirliyi

Baş səhifə

Bakı. Trend:

Sosial şəbəkələrdə “Anadolu Universitetinin Bakı filialında
təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə
yoluxması” ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.




“Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar
arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində
bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı
aşkarlanmayıb.

Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr
tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər.
Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki,
ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və
dəqiqləşdirilmiş məlumatları yayımlasınlar”,- deyə Nazirlikdən qeyd
edilib.