
Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya
qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 36,7%-i “AA”
reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz bəndi çox)
olub.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Fond “AAA” reytinqli alətlərin
xüsusi çəkisini 58,9%-dan 24,9%-a endirib.
Əvəzində Fond “A” reytinqli alətlərin xüsusi çəkisini 12,6%-dən
24,1%-ə, “BBB” reytinqli alətlərin xüsusi çəkisini 7,9%-dən
13,6%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə
0,3%-dən 0,7%-ə yüksəldib.
Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və
digər pul bazarı alətlərinin 14,4%-i 0-1 il, 27,7%-i 1 ildən 3
ilədək, 30,5%-I 3-5 il, 27,4%-i 5 ildən artıq müddətə
yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 13,1%,
29,3%, 26,3% və 31,3% təşkil edib.

