Şəmkirdə maskalanmış şəxs tərəfindən törədilən quldurluq cinayəti açılıb

Baş səhifə

Bakı. Trend:

Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə
maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə
xəsarət yetirərək pul vəsaitini ələ keçirib.

Trend
xəbər verir ki, polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə
törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini,
44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb.




Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam
etdirilir.