Beynəlxalq simpoziumun ikinci günü panellərlə davam edir

Baş səhifə

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyində
fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi
Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Bakı şəhərində
“Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar
kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium oktyabrın
23-də panel sessiyalarla davam edib.

Trend xəbər
verir ki, “Din təhsili və əxlaqi dəyərlər” mövzusunda panel
sessiyası İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti
Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Vitriani Vitrianinin
moderatorluğu ilə keçirilib.

Paneldə Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyat
fakültəsinin professoru Murat Demirkol, Rusiya Elmlər Akademiyası
İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutu Fəlsəfə şöbəsinin
müdiri, professor Sergey Melnik, AMEA-nın akademik Ziya Bünyadov
adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin aparıcı
elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov, Malayziya
İslam Elmləri Universiteti Əsas dillərin tədqiqi fakültəsinin baş
müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Hayati İsmail, Azərbaycan
İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının baş
müəllimi Ənvər Mustafayev çıxış ediblər.

Paralel davam edən “Dünyəvi dövlətdə din təhsili” adlı panel
Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyat fakültəsinin
müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Abdullah Demirin
moderatorluğu ilə baş tutub. Paneldə Şimali Qafqazda dini ənənələr,
onların mədəni spesifikliyi və dinlərarası dialoqun müqayisəli
tədqiqi üzrə UNESCO kafedrasının bölmə rəhbəri, Qafqaz Xalqları
Dostluğu İnstitutunun elmi işlər və beynəlxalq əlaqələr üzrə
prorektoru, dosent Gülçöhrə Seyidova, Kırıkkale Universiteti İslam
elmləri fakültəsinin dosenti Adem Yıldırım, Azərbaycan İlahiyyat
İnstitutu Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə
üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, AMEA-nın akademik Ziya
Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova və Azərbaycan
İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, fəlsəfə
üzrə fəlsəfə doktoru Aliyə Mürsəlova çıxış ediblər.




Paralel davam edən “Din təhsilinə müxtəlif yanaşmalar” adlı
panel Ankara Universiteti İlahiyyat fakültəsinin İslam məzhəbləri
tarixi müəllimi, professor Sönmez Kutlunun moderatorluğu ilə
keçirilib. Paneldə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu İslam
fəlsəfəsi və dinşünaslıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə
üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, AMEA-nın akademik
Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir
şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru,
dosent Aslan Həbibov, Kırıkkale Universiteti İslam elmləri
fakültəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vahdeddin
Şimşek, Azərbaycan İlahiyyat İnstitutu rektorunun köməkçisi,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Emin Orucov
mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Simpozium panel sessiyalarla davam edəcək.

Xəbər yenilənəcək