
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr
ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının
vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4,350 milyard ABŞ
dolları məbləğində vəsait satıb.
Trend bu
barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
24,3% azdır.

