
Bakı. Trend:
2025-ci ilin ilk 9 ayında ölkə üzrə 75 özəl stomatoloji
klinikada yoxlamalar aparılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin
Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, nəticədə 69 klinikada nöqsanlar aşkar edilib, 6
klinika isə fəaliyyətini mövcud qanunvericiliyə tam uyğun şəkildə
həyata keçirib:
Yoxlamalar zamanı ən çox rast gəlinən nöqsanlar və qanun
pozuntuları aşağıdakılardır:
* Lisenziya şərtləri sualı üzrə müəyyən nöqsanlar aşkar edilib –
31 halda;
* Lisenziya olmadan iş və fəaliyyət aşkarlanıb – 14 halda;
* Lisenziyadan kənar iş və fəaliyyət aşkarlanıb – 8 halda;
* Sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə
məşqul olma faktı aşkarlanıb – 9 halda;
* Lisenziya olmadan iş və fəaliyyət, sertifikasiya şəhadətnaməsi
olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşqul olma
faktı aşkarlanıb – 2 halda;
* Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl
tibb fəaliyyəti ilə məşqul olma faktı aşkarlanıb – 5 halda.
Qeyd edilir ki, aparılan yoxlamaların nəticəsi olaraq, “İnzibatı
Xətalar Məcəlləsi”nə əsasən inzibati protokollar tərtib olunub,
lisenziya şərtləri ilə bağlı nöqsanlara görə rəsmi qərar və
bildirişlər verilib, klinikalara nöqsanların aradan qaldırılması
üçün müddət verilib.
“AEM vətəndaşlara tövsiyə edir:
Vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət,
şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə
bilərlər:
* “Bir pəncərə” sektoru
* Qaynar xətt: (012) 596 05 20
* E-poçt: [email protected]
* Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət
olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata
keçirilir”,- Mərkəzdən əlavə olunub.

