“Tomahawk” raketlərini ukraynalılara öyrətmək üçün uzun müddət lazımdır – Tramp

Baş səhifə

Bakı. Trend:

Ukraynalılara “Tomahawk” raketlərindən istifadə etməyi öyrətmək
çox uzun çəkəcək.

Trend xəbər verir ki, bunu
ABŞ Prezidenti Donald Tramp bəyan edib.

O, Ukraynaya bu raketlərin verilməməsinin əsas səbəblərindən
birinin məhz təlim prosesinin uzunmüddətli olmasında gördüyünü
bildirib.




Trampın sözlərinə görə, ukraynalı hərbçilərə uzaqmənzilli raket
sistemlərindən istifadəni öyrətmək üçün ən azı altı ay, bəzən isə
bir ilə qədər vaxt tələb olunur.

ABŞ Prezidenti əlavə edib ki, bu müddət ərzində silahların
effektiv istifadəsini təmin etmək çətin olacaq.