ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu bəyanatlarında ehtiyatlı olmağa çağırıb, əks halda Amerika administrasiyası ona və ölkəsinə qarşı “ciddi tədbirlər” görəcək.
Bu barədə “Report” xarici KİV-ə istinadən məlumat verir.
“O, bandtidir və pis insandır, ölkəsinə çox ziyan vurub. Onlar çox pis işləyirlər və kokain istehsal edirlər. Onların kokain istehsal edən fabrikləri var”, – deyə ABŞ prezidenti bildirib.
“Onlar hər cür zir-zibili, narkotikləri, ABŞ-yə daxil olan pis narkotikləri yetişdirirlər. Adətən, onlar Meksika vasitəsilə keçirirlər. O, daha ehtiyatlı olmalıdır, yoxsa biz ona və onun ölkəsinə qarşı çox ciddi tədbirlər görəcəyik”, – Tramp deyib. Bu sözlərlə o, Petronun “Univision” telekanalına verdiyi müsahibədə dünyaya ya Trampı dəyişdirmək, ya da “ondan qurtulmaq” lazım olduğunu söylədiyini şərh edib.
“Onun ölkəsini gətirdiyi yer ölümcül tələdir”, – deyə Amerika lideri vurğulayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

