
Bakı. Trend:
Bərdə rayonunun Çələbilər kəndində ümumi sahəsi 72 m² olan
birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı tikililər
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

