Tramp Putinlə Budapeştdə nəzərdə tutulan görüşü ləğv edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə
Budapeştdə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını
açıqlayıb.

Trend xəbər verir ki, Tramp
bu barədə jurnalistlərə açıqlama verib.




O, görüşün “lazımi nəticəyə gətirib çıxarmayacağı qənaətinə
gəldikləri üçün” ləğv edildiyini bildirib.

“Biz Prezident Putinlə görüşü ləğv etdik. Mənə elə gəldi ki,
istənilən məqsədə nail ola bilməyəcəyik”, – deyə Tramp qeyd
edib.