
Bakı. Trend:
ABŞ çərşənbə günü günün ikinci yarısında və ya cümə axşamı səhər
Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə
sərtləşdiriləcəyini açıqlayacaq.
Trend xəbər verir ki, bu
barədə Ağ Evdə jurnalistlərə ABŞ maliyyə naziri Skott Bessent
məlumat verib.
Nazirin sözlərinə əsasən, ABŞ Prezidenti Donald Tramp Rusiyaya
qarşı yeni sanksiyaların ciddi şəkildə gücləndiriləcəyini elan
edəcək.

