Tesla təxminən 13 min avtomobilini geri çağırır

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin elektrik avtomobil istehsalçısı Tesla, batareya
paketininin komponentindəki problem səbəbindən təxminən 13 min
avtomobilini geri çağıracağını açıqlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, şirkətin müəyyən 2025 Model 3 və
2026 Model Y avtomobilləri geri çağırılacaq. Belə ki, nasazlıq
halında avtomobillər güc itirə bilər ki, bu da qəza riski
yaradır.




Geri çağırılacaq avtomobillərin sayı 12 963 olaraq
bildirilir.

Tesla problemli komponenti pulsuz olaraq dəyişdirəcək.
Aavtomobil sahiblərinə bildiriş məktublarının 9 dekabr tarixində
göndərilməsi planlaşdırılır.