Yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 59
milyon ABŞ dolları həcmində 119,5 min ton bitum süxurlardan əldə
olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin
eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 134 milyon ABŞ dolları
və ya 69,4 faiz, həcm baxımından isə 233 min ton və ya 66,9 faiz
azdır.

Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə 193
milyon ABŞ dolları dəyərində 352,5 min ton bitumlu süxurlardan
alınmış neft və neft məhsulları ixrac edilib.




Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
20 ölkəyə 8 milyard 939 milyon ABŞ dolları dəyərində 16 milyon 996
min ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları
ixrac olunub.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə dəyər ifadəsində 2 milyard 69 milyon ABŞ dolları və ya
18,8 faiz, həcmi baxımından isə 613 min ton və ya 3,5 faiz
azdır.