
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət
büdcəsindən kənd təsərrüfatına 889,9 milyon manat xərclənib.
Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 108
milyon manat və ya 16,2% çoxdur.
Qeyd edək ki, dövlət büdcəsinin xərcləri 2025-ci ilin 9 ayı
ərzində 24,668 milyard manat məbləğində icra edilib.

