
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət
büdcəsindən səhiyyəyə 889,9 milyon manat xərclənib.
Trend bu barədə
Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 515,1
milyon manat və ya 36,7% azdır.
Cari ilin ilk 9 ayında dövlət büdcəsindən səhiyyə xərclərinə 1
milyard 495,2 milyon manat ayrılıb.
Beləliklə, hesabat dövründə səhiyyə xərclərinin 59,5%-i icra
edilib.

