Son 30 ildə Azərbaycan əhəmiyyətli tərəqqiyə nail olub.
“Report” xəbər verir ki, bu barədə belçikalı səyyah Patrik Mazelis (Patrick Maselis) bildirib.
O, Azərbaycana ilk dəfə 1994-cü ildə gəldiyini və bu gün ölkənin nə qədər dəyişdiyini, böyük fərqi görə bildiyini vurğulayıb.
P.Mazelisin sözlərinə görə, o həmişə Azərbaycanın öz ərazilərini qaytaracağına inanıb: “Mən həmişə bunun baş verəcəyini bilirdim. Qarabağ Azərbaycanın bir hissəsidir və o geri qayıtmalı idi”.
O, həmçinin gələcəkdə Qarabağa gəlmək istəyini ifadə edib: “Niyə də yox? Bərpa işləri başa çatdıqdan sonra Qarabağı ziyarət etmək daha da asanlaşacaq və bölgə turizm üçün tam açıq olacaq”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

