
Bakı. Trend:
Mərkəzi Bank öz mandatına uyğun kapital bazarları ilə bağlı
işlər görür. İlk yarımillikdə beynəlxalq konsultantla qiymətli
kağızlara dair bütün hüquqi, normativ qanun çərçivəsi beynəlxalq
təcrübə ilə müqayisə etdikdə bütün fərqləri tapdıq.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən
mətbuat konfransında bildirib.
“Qanunvericiliyimiz bu istiqamətdə 300-dək təkmilləşdirmə
işlərinə ehtiyac var. Sentyabr ayından başlayaraq kapital
bazarlarına aid bütün qanunlara ən pis halda gələn ilin may ayında
kapital bazarlarında mümkün dəyişikliklərlə bağlı artıq aidiyyəti
qurumlarla son versiyanı paylaşmağı və gələn ilin sonunadək
təsdiqlənməsini planlaşdırırıq”, – sədr vurğulayıb.

