ABŞ Senatında Rusiyaya təzyiqlərin artırılmasını nəzərdə tutulan 3 qanun layihəsi səsverməyə çıxarılacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsi bu gün
Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsinə yönəlmiş üç qanun
layihəsini səsverməyə çıxaracaq.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Qanun layihələrindən birinə görə, Rusiya bundan sonra terrora
sponsorluq edən dövlət kimi təqdim olunacaq, başqa bir qanun
layihəsi Moskvaya göstərdiyi dəstəyə görə Çinə iqtisadi
sanksiyaların tətbiqi təklif edir.

Üçüncü qanun layihəsi isə ABŞ-da Rusiyaya məxsus dondurulmuş
aktivlərin yenidən bölüşdürülməsini və onların hər 90 gündən bir
Ukraynaya köçürülməsini nəzərdə tutur.