Aİ rəsmisi Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb

Baş səhifə
Aİ rəsmisi Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində atılan son müsbət addımlar, o cümlədən Azərbaycan tərəfindən Ermənistan üçün Azərbaycan ərazisindən yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə verilən bəyanat məni çox ruhlandırdı”, – deyə o qeyd edib.