Bakı. Trend:
Şəffaflıq olmadan əldə edilən uğurları saxlamaq, inkişaf
etdirmək çətin məsələdir. Ona görə ölkəmizdə bu sahədə çox uğurlu
şəffaflıq strategiyası həyata keçirilir.
Trend xəbər
verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət
suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik”
mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, şəffaflıq tərəqqiyə, qapalılıq isə tənəzzülə
gətirib çıxarır.
“Təəssüf ki, bəzi sahələrdə hələ də müşahidə olunan qapalılıq,
şəffaflığın az olması tələb edir ki, bu sahədə də qanunvericilik və
icra orqanları tərəfindən fəaliyyətimizi daha da gücləndirək ki,
dövlətin suverenliyi daha möhkəm olsun və qarşımıza qoyulan
məsələlər daha uğurla həyata keçirilsin.
Şanlı qələbədən daha güclü iqtisadiyyata getməliyik. Bunun üçün
Azərbaycanda hər bir şərait var”, – deyə V.Novruzov qeyd edib.

