
Bakı. Trend:
Valyuta bazarında tələbin təklifdən az olması davam etsə, yəqin
ki, biz alış yönlü müdaxilə edəcəyik.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən
mətbuat konfransında bildirib.
“Amma hər hansı bir məbləğ söyləməyimiz düzgün olmaz. Hazırda 9
ayın nəticələrinə baxdıqda valyuta bazarında təklif kifayət qədər
yüksəkdir.
Belə olduqda, ehtimal ki, biz valyuta bazarına alış yönlü
müdaxilə edəcəyik. Amma bu məbləğin 600 milyon dollar, 300 milyon
dollar və ya 900 milyon dollar olacağını söyləməyimiz doğru olmaz.
Çünki ilin sonuna kimi hələ büdcə xərcləri var və bunları nəzərə
almaq lazımdır”, – o qeyd edib.

