
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski İsveçə rəsmi səfərə gedir.
APA xəbər verir ki, bu barədə İsveç höküməti məlumat yayıb.
Məlumata görə Zelenski İsveçin Baş naziri Ulf Kristerssonla görüşəcək və həmin şəhərdə yerləşən “Saab” şirkətinə məxsus müdafiə sənayesi zavoduna baş çəkəcək.
Görüşdən sonra Kristersson və Zelenski birgə mətbuat konfransı keçirəcək və hərbi təyinatlı məhsulların ixracı ilə bağlı bəyanat verəcəklər.
“Görüş zamanı liderlər Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini və İsveç ilə Ukrayna arasında ikitərəfli müdafiə əməkdaşlığını müzakirə edəcəklər”, — məlumatda bildirilir.

