Din
- 22 oktyabr, 2025
- 11:18
Gənclərin dinlər haqqında məlumatlı olması onların gələcəkdə dinlərə qarşı hörmətinin formalaşmasına xidmət edir.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumda çıxışı zamanı deyib.
Nazir müavini eyni zamanda Kiş kəndindəki Alban məbədinin əsrlər boyu qorunub saxlanıldığını diqqətə çatdırıb:
“Bakının ən gözəl yerində erməni kilsəsi qorunub saxlanır. Halbuki Qərbi Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində məscidlərimiz darmadağın edilib”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

