ETIC (“Extreme Traveler International Congress”) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Ağdam şəhərinə gəliblər və Cümə məscidini ziyarət ediblər.
“Report” xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

