Avstraliyalı baş nazirin təyyarəsi ABŞ-də məcburi eniş edib

Baş səhifə

Bakı. Trend:

Avstraliya baş naziri Entoni Albanezenin göyərtəsində olduğu
təyyarə ABŞ-də təcili eniş edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata əsasən, məcburi enişə səbəb ekipaj üzvlərindən birinin
göyərtədə xəsarət alması olub.

Təyyarə ABŞ-də eniş etdikdən sonra həmin ekipaj üzvü təcili
yardımla xəstəxanaya çatdırılıb və təyinatı üzrə yoluna davam
edib.