Bakı. Trend:
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi
ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19)
infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım
göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi
müddəti uzadılıb.
Trend xəbər
verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Sənədə əsasən, sözügedən əlavə 2026-cı il yanvarın 1-dək
veriləcək.

