
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə
bağlı növbəti qərar barədə məlumatı 2025-ci il dekabr ayının 10-da
ictimaiyyətə açıqlayacaq.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti
qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili
risk amillərinin dinamikasından asılı olaraq veriləcək.
“Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək
üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam
edəcək”, – məlumatda vurğulanıb.
Qeyd edək ki,Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə
Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı
həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz
saxlanılıb.

