
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici bazarlara
144 029 ton pomidor ixracı edilib.
Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
23,1% çoxdur.
Eyni zamanda bu ilin ilk doqquz ayında ölkəmizdən xarici
bazarlara ixrac olunan pomidorun dəyərində 12,6%-lik artım qeydə
alınıb. Bu müddətdə ixracın ümumi dəyəri 157,172 milyon ABŞ dolları
təşkil edib.
Qeyd edilib ki, xarici bazarlara pomidor ixracı dinamik şəkildə
davam edir.

