FIBA Avropa Kuboku: Azərbaycan klubu əsas mərhədə növbəti oyununu keçirəcək

Baş səhifə
FIBA Avropa Kuboku: Azərbaycan klubu əsas mərhədə növbəti oyununu keçirəcək

“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxacaq.

“Report”un məlumatına görə, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi “Trefl”lə üz-üzə gələcək.

Qarşılaşma bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək. Qrupun digər görüşündə Azərbaycan təmsilçisi “Neftçi” ötən gün Bakıda Estoniyanın “Kalev” komandasını 95:84 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Abşeron Lions” ilk qarşılaşmada “Kalev”ə uduzub – 85:93.