UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Atletik”lə üz-üzə gələcək

Baş səhifə
UEFA Çempionlar Liqası: Qarabağ bu gün Atletiklə üz-üzə gələcək

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada “Atletik”lə üz-üzə gələcək.

“San Mames” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüşün baş hakimi xorvatiyalı İqor Payaç olacaq.

“Qarabağ” hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib. “Köhlən atlar” II turda, Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəlib – 2:0.