Bakı. Trend:
Türkiyədə İzmirin Çeşmə və Menderes sahillərində 18-i uşaq
olmaqla 52 qeyri-qanuni miqrant saxlanılıb.
Trend bu barədə
Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, əməliyyatları Sahil Mühafizəsi Komandanlığı
həyata keçirib. Hər iki əməliyyat nəticəsində saxlanılan miqrantlar
immiqrasiya idarəsinə təhvil verilib.
Miqrantları Türkiyəyə qanunsuz keçirməkdə şübhəli bilinən şəxs
isə jandarmaya aparılıb.

