
“Fənərbaxça”nın braziliyalı futbolçusu Anderson Taliska haqqında yayılan ayrılıq iddialarına cavab verib.
Metbuat.az xəbər verir ki, ulduz futbolçu şəxsi X hesabında etdiyi paylaşımda “saxta xəbərlər başladı” ifadəsini işlədərək Braziliyaya qayıtmaq istədiyi barədə yayılan məlumatları təkzib edib.
Xatırladaq ki, ESPN-in xəbərində Taliskanın Türkiyədə xoşbəxt olmadığı, buna görə Braziliyaya dönmək istədiyi qeyd olunmuşdu. Həmçinin baş məşqçi Joze Mourinyonun gedişindən narazı qaldığı da bildirilirdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

