128 nömrəli məktəbdə yanğın baş verməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir – BŞTİ

Baş səhifə

Bakı. Trend:

128 nömrəli tam orta ümumtəhsil məktəbində yanğın hadisəsinin
baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə Bakı Şəhər Təhsil İdarəsindən məlumat
verilib.




Bildirilib ki, axşam saatlarında valideyn tərəfindən göndərilmiş
fotoda məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən
binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb.

“Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının
yandırıldığı məlum olub. Lakin yoxlama aparılana qədər Fövqəladə
Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən
aidiyyəti orqanlar məktəbə gəlib. Ərazidəki ağac qırıntılarının
yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan
dəyməyib”, – deyə məlumatda qeyd olunub.