Mingəçevirdə avtomobil iki piyadanı vurub, ölən və yaralanan var

Baş səhifə
Mingəçevirdə avtomobil iki piyadanı vurub, ölən və yaralanan var

Mingəçevirdə avtomobil iki piyadanı vurub, bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 1956-cı il təvəllüdlü Zöhrə İsmayılova və 1968-ci il təvəllüdlü Firəngiz Əhmədovanı avtomobil vurub.

Zərərçəkənlərdən F.Əhmədova aldığı xəsarətdən ölüb.

Digər yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.