
Bakı. Trend:
Latviya şirkətləri Azərbaycanla İKT və innovasiyalar sahəsində
əməkdaşlıq imkanları görür.
Trend xəbər verir
ki, bunu Latviya Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvü
Katrinа Zarina Bakıda keçirilən Mərkəzi Baltik – Azərbaycan biznes
forumunda bildirib.
Katrina Zarina qeyd edib ki, Latviya və Azərbaycanın
iqtisadiyyatları sabit artım nümayiş etdirir, Azərbaycan isə neft
sektorundan kənarda yeni investisiya imkanları axtarmaqda fəallıq
göstərir.
“Latviya tərəfi olaraq, əməkdaşlıq təklif edə və Azərbaycan
şirkətləri ilə birgə işləyə biləcəyimiz istiqamətlərin olduğunu
görürük”, – deyə Latviya Ticarət və Sənaye Palatasının nümayəndəsi
vurğulayıb.
O, iki ölkə arasında iqtisadi münasibətlərin bundan sonra da
inkişaf edəcəyinə, müxtəlif sahələrdə əməkdaşlığın hər iki tərəf
üçün qarşılıqlı fayda gətirəcəyinə əminliyini ifadə edib.

