Sumqayıtda marşrut avtobusu ilə minik avtomobili toqquşub

Baş səhifə
Sumqayıtda marşrut avtobusu ilə minik avtomobili toqquşub

Sumqayıt şəhərində marşrut avtobusu ilə minik avtomobilinin iştirakı ilə avtoqəza olub.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb.

39 nömrəli marşrut xətti üzrə hərəkətdə olan avtobusla “Mercedes” markalı minik avtomobili toqquşub.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.