Brüssel və Bakı nəqliyyat dialoqu çərçivəsində yeni müzakirələrə hazırlaşır

Baş səhifə
Brüssel və Bakı nəqliyyat dialoqu çərçivəsində yeni müzakirələrə hazırlaşır

Avropa İttifaqı (Aİ) və Azərbaycan yaxın vaxtlarda yüksək səviyyəli nəqliyyat dialoqu çərçivəsində müzakirələri davam etdirməyi planlaşdırır.

Bunu “Report”a açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç “Mərkəzi Baltik – Azərbaycan” biznes forumu çərçivəsində bildirib.

Diplomatın sözlərinə görə, təxminən iki həftə əvvəl Brüsseldə Aİ ilə Azərbaycan arasında nəqliyyat üzrə yüksək səviyyəli dialoqun sonuncu raundu keçirilib. “Biz onun nəticələrinin təhlilini davan etdirir və dialoqu mümkün qədər tez, ümid edirik ki, artıq bu il bərpa etməyi planlaşdırırıq”, – Kuyunciç qeyd edib.