
Litvanın müdafiə naziri Dovile Şakaliene istefa vermək qərarını açıqlayıb.
APA Litva mediasına istinadən xəbər verir ki, Şakaliene Baş nazir İnqa Ruqinienenin ona qarşı zəifləyən etimadını açıq-aşkar bəyan etməsindən sonra vəzifəsinə davam edə bilməyəcəyini bildirib.
“Hazırda qərarımı dəyişmək üçün bir səbəb görmürəm. Bu siyasətdir – Baş nazir və partiya liderinin etimadı sənin müəyyən bir vəzifəyə təyin olunmağını müəyyən edən amillərdir. İçərisində etimad olmayan bir mühitdə işləməyin mümkünlüyünü görmürəm. Baş nazir ismarıc göndərərək mənə olan güvəninin zəiflədiyini deyib”, – müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, ötən həftə Litva Baş naziri Ruqiniene müdafiə nazirindən 2026-cı il hərbi büdcəsi ilə bağlı hesabat tələb edib və məsələ ilə bağlı tərəflər arasında fikir ayrılıqları yaranıb.

