Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin ediləcək

Baş səhifə

Bakı.Trend:

8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu
üzrə əlavə reyslər təyin edilir.

Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.




Bildirilib ki, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan
və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə
reyslər təşkil ediləcək.

Qurumdan əlavə edilib ki, 8 noyabrdan başlayaraq həftəsonları bu
maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir
qatarlarla həyata keçiriləcək.