
Bakı. Trend:
Ziraat Bank Azərbaycan xidmət keyfiyyətini daha da
təkmilləşdirmək məqsədilə növbəti yeniliyini təqdim edib. Artıq
bankın Mobil Bankçılığı vasitəsilə “ƏDV Geri Al” funksiyası
istifadəyə verilib.
Bu yenilik sayəsində müştərilər Əlavə Dəyər Vergisinin (ƏDV)
geri alınması ilə bağlı əməliyyatlarını birbaşa Ziraat Bank
Azərbaycanın mobil tətbiqi üzərindən, rahat və sürətli şəkildə
həyata keçirə biləcəklər.
Bankdan təqdim edən məlumata əsasən, “ƏDV Geri Al” funksiyasının
istifadəyə verilməsi Ziraat Bank Azərbaycanın müştəri yönümlü
xidmət konsepsiyasının davamı kimi qiymətləndirilir.
Həmçinin qeyd etmək istərdik ki, Bank yaxın zaman öncə rəqəmsal
transformasiya istiqamətində attığı addımla Mobil Bankçılığının
Android və İOS istifadəçiləri üçün yeniləndiyini bildirmişdi.
Yenilənmiş tətbiq müasir dizaynı, daha yüksək sürəti və funksional
imkanları ilə seçilərək müştərilərə daha rahat istifadə təcrübəsini
təqdim edib.
Ziraat Bank Azərbaycanın yeni Mobil Bankçılığı ilə müştərilər
banka getmədən, 7/24 onlayn olaraq öz hesablarına nəzarət edə, pul
köçürmələrini rahatlıqla icra edə, kredit, kommunal ödənişlərini və
digər bank əməliyyatlarını asanlıqla yerinə yetirə bilərlər.
Tətbiqi yükləmək üçün müştərilər mobil telefondan növbəti linkə
keçid edərək istifadə edə bilərlər:
https://ziraatbank.az/app-redirect-link
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161
illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir.
Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət
göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan
şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1
şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə
xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın
Instagram, X-platforması, Linkedin, YouTube sosial media
hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə
bilərsiniz.

