
Astana. Trend:
Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir
Trend xəbər verir ki, bu
bəyanatla Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci
iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış
edib.
Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Bizi ortaq tarixi
köklər, zəngin mənəvi-mədəni irs, nəhayət uyğun mentalitet,
hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu sarsılmaz
təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf
etdiririk”.

