
Bakı. Trend:
Çexiyanın paytaxtı Praqada 2026-cı ilin yanvar ayından etibarən
elektrik skuterləri qadağan ediləcək .
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Praqa meriyasının rəsmisi Zdenek Hrib yayılan məlumatı
təsdiqləyərək, elektrik skuterlərin şəhərdə avtomobil və piyada
yollarında “xaos” yaratdığını bildirib.
Onun sözlərinə görə, skuterlərdən hazırda nəqliyyat vasitəsi
kimi yox bir “turistik atraksion” kimi istifadə edirlər.
Gələn ildən etibarən qüvvəyə minəcək qaydaya əsasən, elektrik
skuterlərin icarəsi xidmətləri ləğv olunacaq.
Qeyd edək ki, bundan qabaq oxşar qadağalar Paris və Madrid
şəhərlərində tətbiq olunmuşdu.


