Azərbaycan Qazaxıstanla Orta Dəhlizlə yükdaşımanın artırılmasına dair sazişlər imzalayacaq

Baş səhifə
Azərbaycan Qazaxıstanla Orta Dəhlizlə yükdaşımanın artırılmasına dair sazişlər imzalayacaq

Azərbaycan və Qazaxıstan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımaların artırılması haqqında sazişlər imzalanacaq.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu “Samruk-Kazyna” Milli Rifah Fondu”nun rəhbəri Nurlan Jakupov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sazişlərdən biri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) ilə imzalanacaq.

“Bu saziş çərçivəsində biz “Bakı Gəmiqayırma Zavodu”nda istehsal olunmuş bərələrin birgə istismarını nəzərdən keçirəcəyik”, – N.Jakupov bildirib.

O, bu sənədin Orta Dəhlizin potensialını və rolunu gücləndirməyə xidmət edəcəyini vurğulayıb.