Bakı. Trend:
Ermənistanın Antikorrupsiya Məhkəməsi rüşvət almaqda ittiham
olunan Gümrü şəhərinin meri Vardan Qukasyan barəsində iki ay
müddətinə həbs qətimkan tədbiri seçib.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bu barədə Qukasyanın vəkili müvafiq
qərarın verilməsindən sonra açıqlama verib.
“Məhkəmə iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə
bağlı qərar qaəbul edib”,- deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 20-si səhər saatlarında yüzlərlə
hüquq-mühafizə orqanı əməkdaşı Gümrü meriyasının binasına gəlib,
şəhər meri Vardan Qukasyanı saxlayıb. Bir neçə saat ərzində yerli
sakinlər və meriya əməkdaşları əməliyyatın qarşısını almağa
çalışsalar da, polis binanın qarşısında toplaşan kütləni gdağıdıb
və Qukasyanı binadan çıxara bilib. Bundan əlavə, polis
əməkdaşlarının “qanuni tələblərinə tabe olmamaq” ittihamı ilə
Gümrünün təxminən iyirmiyə yaxın yerli sakin saxlanılıb.

