“Azersky” peykindən 80 mindən çox görüntü və milyonlarla meqabayt məlumat yüklənib

Baş səhifə

Bakı. Trend:

Orbitdə olduğu müddətdə Azersky peykindən milyonlarla meqabayt
həcmində ümumilkdə 80 000-dən çox peyk təsviri yüklənib.

Trend xəbər
verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə
Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi
inkişafa töhfəsinin 10 ili” adlı tədbirində bildirib.

O vurğulayıb ki, bu peyk təsvirləri ilə geniş arxiv bazası
yaradılıb:




“Peykin arxiv təsvirləri ilə Yerdə baş verən dəyişikliklərin
təhlili və proqnozlaşdırması, o cümlədən elmi tədqiqatlar
baxımından xüsusi əhəmiyyət kəsb edir.

Əldə edilmiş təsvirlər qonşu ölkələrdə baş verən iriqmiqyaslı
fövqəladə halların qiymətləndirilməsi və aradan qaldırılması zamanı
da aktiv istifadə olunub”.

“Gürcüstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistanda
Dünya Bankının qrant dəstəyi ilə kənd təsərrüfatı, kadastr və su
ehtiyatlarının idarəolunması üzrə aparılmış kommersiya layihələri
ilə gəlirlərimiz ildən-ilə artıb. Bu da Azersky peykin
resurslarının düzgün biznes modelindən və satış strategiyasından
xəbər verir”, – deyə D. Bədirxanov qeyd edib.