Əməkdar artist Yadigar Muradovun səhhətində müsbət dinamika hiss olunur

Baş səhifə
Əməkdar artist Yadigar Muradovun səhhətində müsbət dinamika hiss olunur

Yaşar Muradov

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradovun səhhətində müsbət dinamika hiss olunur.

Bunu “Report”a açıqlamasında oğlu Yaşar Muradov deyib.

Onun sözlərinə görə, atasının müalicəsini xəstəxanada davam etdirilir.

“Qızdırması əvvəlki kimi olmur, aşağıdır. Hazırda bədəni güc toplama məshələsindədir. Bədən özünü bərpa etsin, növbəti əməliyyat gözlənilir”, – o əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilib.