Azərbaycan və Qazaxıstan rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev
Astanada Qazaxıstan hökümətinin nümayəndələri ilə bir sıra görüşlər
keçirib. Aparılan danışıqlarda innovasiyalar, rəqəmsallaşma və
informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq
perspektivləri müzakirə olunub.

Trend xəbər verir
ki, bu barədə nazir Rəşad Nəbiyev öz rəsmi “X” səhifəsində
yazıb.




“Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan
Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşlər
zamanı innovasiya, rəqəmsallaşma və İKT sahələrində əməkdaşlıq
perspektivlərini müzakirə etdik.Səfər çərçivəsində “Astana Hub”
innovasiya mərkəzinin fəaliyyəti ilə tanış olduq. Burada İKT
sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların
inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata
keçirilən layihələrlə bağlı ətraflı məlumat aldıq. Rəqəmsal inkişaf
sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi
apardıq”, – məlumatda qeyd olunur.

Nazirin sözlərinə görə, Qazaxıstanın baş nazirinin müavini –
rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə
keçirilən görüşdə isə rəqəmsal hökumət həlləri, süni intellekt,
kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın
genişləndirilməsi məsələləri gündəmdə olub.