AYİB Azərbaycandakı layihələrinin portfeli ilə bağlı yenilənmiş məlumatlar təqdim edib

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabr ayının sonuna olan vəziyyətə görə, Avropa
Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihə
portfeli 948 milyon avro təşkil edir və 35 layihəni əhatə edir.

Trend AYİB-ə
istinadən xəbər verir ki, bankın bu layihələrdə iştirak payı 1 faiz
təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 703 milyon avro
məbləğində qiymətləndirilir.

Portfelin ümumi dəyərində özəl sektorun payı 37 faiz təşkil
edir.




AYİB fəaliyyətə başladığı vaxtdan bəri Azərbaycanın
iqtisadiyyatına ümumilikdə 3 milyard 661 milyon avro yatırım edib.
Ayrılmış vəsaitlərin ümumi həcmi 3 milyard 369 milyon avro təşkil
edir.

İndiyədək AYİB Azərbaycanda 200 layihənin həyata keçirilməsinə
dəstək göstərib.