Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 5 il ötür

Baş səhifə

Bakı. Trend:

Bu gün – oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin
Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi
gündür.

Trend xəbər
verir ki, Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan
qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.

Qeyd edək ki, 2020-ci il oktyabrın 21-də Zəngilan rayonunun
Mincivan qəsəbəsi ilə yanaşı, rayonun 13 kəndi – Xurama, Xumarlı,
Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün,
Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
işğaldan azad edilib.

Eyni zamanda, Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü,
Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand,
Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın
nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində 30 il işğal
altında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazi
bütövlüyü bərpa edilib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması
üçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanın
uzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktları
və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan
lokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan az
müddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında
təslim olmaq məcburiyyətində qalıblar.

Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri,
qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüş
mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah
olunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib,
separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütün
ərazisində suverenliyini tam bərpa edib.