Məktəbliyə qarşı qeyri-etik hərəkət edən sürücü həbs olundu

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərində taksi sürücüsünün məktəbliyə qarşı göstərdiyi
qeyri-etik davranış polis əməkdaşları tərəfindən araşdırılıb.

Trend xəbər verir
ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin
rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.




O bildirib ki, Yasamal rayonu ərazisində “BYD” markalı,
77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin
Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd
hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq qərarla həbs
edilib.

“Uşaqlara qarşı hər hansı mənəvi, fiziki və ya etik zorakılıq
yolverilməzdir. Valideynlər bilməlidir və diqqətli olmalıdır:
Uşaqları məktəbə və ya hazırlığa göndərərkən istifadə etdiyiniz
nəqliyyat vasitələri barədə əmin olun. Şübhəli davranışlar müşahidə
etdikdə dərhal 102 qaynar xəttinə məlumat verin”,- deyə o əlavə
edib.